azia.az
azia.az

Müharibə əlilinin haqqı tapdanıb... - MÜRACİƏT

10-03-2021, 00:00

DİA.AZ: - Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, məhəllə 5024, ev14, mənzil 36-da yaşayan, müharibə əlili Ağalarov Şəmşəddin Həsənqulu oğlu tərəfindən. ölkə rəhbərliyinə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bildirmək istəyirəm ki, mən, Ağalarov Şəmşəddin Həsənqulu oğlu 20.08.1970-ci il tarixində anadan olmuşam.
 Müharibə əlilinin haqqı tapdanıb... - MÜRACİƏT
İki Sovet Ordusunda, 1992-ci 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişəm.

Qeyd etmək istəyirəm ki, hərbi xidmətdə aldığım xəsarətlərlə bağlı 15.04.2009-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etdim, mənə “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verildi.

2001-ci ildən 3-cü qrup əliləm və 22.05.2014-cü il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən mənə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup müddətsiz əlillik təyin edildi.

Nəzərinizə çatdırmaq istəyirəm ki, 2020-ci ilin sentyabr ayınada hərbi qulluqçuları pensiya ilə təmin olunarkən mənə pensiya verilmədi, mən isə bu barədə elektron sistemə baxış keçirən zaman mənə məlum oldu ki, mənim müddətsiz əlilliyim sistemə 1 illik 2015-ci ilə kimi daxil edilmişdir, əsasız olaraq mənim pensiyam dayandırılmışdır. Belə ki, mənə qarşı bu çox haqsız mövqedir, çünki mən 2014-cü ildən müddətsiz əlilləm və avqust 2020-ci ilə kimi pensiya ilə təmin olunmuşam.

Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi mənim 22.05.2014-cü ildən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 3-cü qrup müddətsiz əlil olmağımı elektron sistemdə bərpa etməlidir.

Qeyd etmək istəyirəm ki, mənim əlilliyimin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, mən 2014-cü ildə qiymətləndirilmişəm və 3-cü qrup müddətsiz əlilləm, hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin mənə qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən mənim əlilliyim bərpa edilməlidir.

Xahiş edirəm ki, 22.05.2014-cü il tarixdən 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyimin elektron sistemdə bərpa edilməsi barədə köməkdarlıq edəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi