azia.az
azia.az

Bu kadrlar sizi dəhşətə salacaq - Çörək alarkən diqqətli olun! - VİDEO

22-10-2021, 09:33

Bu kadrlar sizi dəhşətə salacaq - Çörək alarkən diqqətli olun! - VİDEO
Sumqayıtda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları çörəkbişirmə sexində yoxlamalar aparıblar. Məlum olub ki, sexin şəraiti heç bir standarta cavab vermir. Çörəklərin bişirildiyi qablar toz içərisindədir. Çörək bişirilən zaman mənşəyi məlum olmayan yağlardan istifadə edilir. Yoxlamalardan sonra müəssisənin fəaliyyəti dayandırılıb.

Azia.az-n "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində, vətəndaş Ruslan Namazova məxsus çörəkbişirmə sexində antisanitar vəziyyət hökm sürür.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının apardıqları yoxlamalar zamanı məlum olub ki, xəmirə qatılacaq maya qaydalarda göstərilən tempraturda saxlanılmır. Mənşəyi bilinməyən yağlardan istifadə edilir. Bir sözlə, insanların hər gün istehlak etdikləri çörək bərbad şəraitdə hazırlanır. Bu isə orqanizm üçün olduqca təhlükəlidir.

AQTA əməkdaşlarını görən sexin sahibi ərazidən uzaqlaşıb. Yoxlamalardan sonra çörəkbişirmə sexinin fəaliyyəti dayandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi