azia.az
azia.az

“Eşşək əti zərərli ət deyil” - AQTA rəsmisi

30-01-2020, 20:51


Azia.az t'qdim edir. “Eşşək əti zərərli ət deyil. Bizdə ənənəvi olaraq eşşək ətindən istifadə olunmur”.
“Eşşək əti zərərli ət deyil” - AQTA rəsmisi
Unikal.org xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Baytarlıq nəzarəti şöbəsinin müdiri – Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev AzVision.az bildirib.

AQTA rəsmisinin sözlərinə görə, bəzi hallarda rast gəlinən neqativ hal ondan ibarətdir ki, eşşək, at əti və sairə ətlər öz adı ilə deyil, başqa adlarla təqdim olunur:

“Məsələn, mal əti adı ilə istehlakçılara satılması qanun pozuntusudur. Eşşək əti öz adı ilə müvafiq qaydada müayinələrdən keçsə, mənşəyi bilinsə və satışa təqdim olunsa, istehlak oluna bilər. Eşşək adı ilə at ətinin satılması hallarına bizdə rast gəlinməyib”.

Qalib Əbdüləliyev deyib ki, eşşək ətinin yeyilməsi Azərbaycan üçün xas ənənə deyil:

“Dünyanın bir çox ölkələrində eşşək əti mətbəxdə istifadə olunur və qida kimi qəbul edilir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi