azia.az
azia.az

Xətainin sabiq başçısı Razim Məmmədovun “Mariana”sı…- “Mariana Trench” restoranı və oteli karantin qaydalarını ciddi şəkildə pozur

4-09-2021, 22:03


Razim Məmmədovun obyektləri vergidən necə yayınır ?


Xətainin sabiq başçısı Razim Məmmədovun “Mariana”sı…- “Mariana Trench” restoranı və oteli karantin qaydalarını ciddi şəkildə pozur
Xətai rayonunun sabiq icra başçısı Razim Məmmədovun macəraları bitib-tükənmək bilmir.
Məlumat üçün qeyd edək ki, ömründə nəinki 1 gün, heç 1 saat da olsun dövlət qurumunda çalışmayan, idarəetmə təcrübəsi olmayan Razim Məmmədov 2006-cı ildə Xətaiyə icra başçısı təyin olunub.
Bəli, ixtisasca “tovaraved” olan Razim Məmmədov əvvəl fəhlə, sonta inşaat firmasında işləyib və birdən “Real Tibb Mərkəzi”-in direktoru olub.
Adama deyərlər ki, əmttəşünas hara, tibb mərkəz hara ?
Və tibb mərkəzdən də Xətaiyə icra başçısı vəzifəsinə gəlib.
Xətaidə çalışdığı 13 il müddətində Razim Məmmədov rayonu qarış-qarış satıb, yaşıllıqları məhv edib, hətta tarixi binaları söküb özü üçün obyektlər tikdirib.
Razim Məmmədovun dövründə Xətai rayonu paytaxt Bakının ən korrupsiyalaşmış rayonu olub. Hətta, Razim Məmmədovun həbs olunması da xeyli müddət gündəmdə olub. Lakin hansısa sirli əl Razim Məmmədovu Xətaidən götürüb Prezident Administrasiyasına apardı. Bəli, Allah qoymasa, Razim Məmmədov PA-da oturub 5 rayona kuratorluq edəcək, məsləhətlər verəcək. Deyirəm, vallah, daş düşdü o 5 rayonun başına ki, onun məsləhətçisi Razimdir.
Razim Məmmədov icra başçısı olduğu dönəmdə bütün qanunları pozaraq öz şəxsi biznesini çiçəkləndirib.
Bu adamın Bakı kəndlərindəki evlərinin, mülklərinin sayı bilinmir.
Razim Məmmədovun təkcə Bakının mərkəzində ən ucuzunun dəyəri 350 min manat olan 75 mənzili var.
Sabiq icra başçısı Bakı kəndlərinin birində yerləşən bir neçə villasını sökdürərək, yerində klinika tikdirir.
Razim Məmmədovdan soruşan yoxdur ki, Bakının mərkəzindəki tarixi binanı sökdürüb yerində obyekt tikdirəndə, sabiq mer Hacıbala Abutalıbov səni həbs etdirirdi. Səni kim xilas elədi ?
Bütün bunlar azmış kimi Razim Məmmədov koronavirus pandemiyası ilə bağlı dövlətin qadağalarını da saya salmır, sanki qanunlara meydan oxuyur.
Məlumat üçün bildirək ki, Novxanıdakı dəyəri bir neçə milyonla ölçülən möhtəşəm otel, restoran, istirahət mərkəzi - “Mariana Trench” - də Razim Məmmədova məxsusdur.
Bəli, Razim Məmmədovun “Mariana”sı karantin qaydalarını ciddi şəkildə pozur, ümumiyyətlə, burada COVİD-lə bağlı heç bir məhdudiyyət yoxdur. Sanki Razim Məmmədov başqa planetdə yaşayır.
Bütün bunlar azmış kimi, Qoşqar Təhməzlinin QİDA agentliyi də Razimin obyektlərinə yaşıl işıq yandırıb.
Görəsən bu möhtəşəm obyektin ödədiyi qəpik-quruş Vergilər Dövlət Xidmətini niyə narahat etmir ?
Yeri gəlmişkən, bir məsələni də qeyd edək.
Deməli, Razim Məmmədov “Mariana”sını çimizdirmək üçün dənizin sahilini hasara almaq istəyir. Ancaq qarşısına ciddi əngəl çıxıb, ortada yol var. Bu barədə növbəti yazıda.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi