Razim Məmmədov Xətai rayon İH başçısı vəzifəsindən azad olundu
Razim Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu barədə müvafiq sərəncam imzalayıb.AzerTAc-ın dərc etdiyi sərəncamın mətnində bildirilir: "Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:Razim İsa oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 dekabr 2018-ci il.