Xəzərdə balıqlar kütləvi şəkildə tələf olub — Səbəb nədir?
Xəzər dənizində balıqlar kütləvi şəkildə tələf olub. Belə bir hal Hövsan qəsəbəsi, Qum adası deyilən ərazidə qeydə alınıb. Qum adasında sahilboyu balıqların kütləvi şəkildə tələf olduğu aşkarlanıb. Məsələyə münasibət bildirən AMEA Zoologiya İnstitutunun dosenti, biologiya üzrə fəlsəfə doktoru Süleyman Süleymanovun sözlərinə görə, balıqların bu cür kütləvi tələfinə səbəb son günlər havanın həddindən artıq isti keçməsidir. Suda oksigen azaldığından kütüm, siyənək, kilkə balıqları, xüsusən də kefallar kütləvi şəkildə məhv olub.