azia.az
azia.az

Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA

Bu gün, 10:44

Ermənistan və Azərbaycan arasında anklav və eksklavlarla bağlı məsələlər sərhədlərin delimitasiyası prosesi çərçivəsində həll olunacaq.



Xəbər verilir ki, bu barədə Ermənistanın delimitasiya komissiyasının rəhbəri, baş nazirin müavini Mqer Qriqoryanın ofisi “Sputnik Ermənistan”ın Kərki kəndinin Azərbaycana qaytarılması ilə bağlı sorğusuna cavabında bildirib.


Açıqlamada qeyd olunub ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin ayrı-ayrı hissələri, o cümlədən anklav və eksklavlarla bağlı məsələlər iki ölkənin delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməyə uyğun şəkildə həll ediləcək.


Bildirilib ki, komissiyaların fəaliyyəti birgə iclaslar və işçi görüşlər çərçivəsində həyata keçirilir və bununla bağlı yalnız razılaşdırılmış, KİV üçün təsdiqlənmiş məlumatlar yayımlana bilər.


Ermənistan baş nazirinin müavininin ofisi həmçinin vurğulayıb ki, iclas və işçi görüşlərin nəticələri ilə bağlı yayılan rəsmi məlumatların məzmunundan kənara çıxan istənilən şərh və ya izah etibarsız hesab olunur.


İnci


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi