azia.az
azia.az

Komitə sədrinin müavini: “Azərbaycanda heç də zəif olmayan formada dindarlaşma prosesi gedir”

13-04-2016, 15:59

Komitə sədrinin müavini: “Azərbaycanda heç də zəif olmayan formada dindarlaşma prosesi gedir” “Azərbaycanda heç də zəif olmayan formada dindarlaşma prosesi gedir”.
Bunu bu gün Milli Məclisdə keçirilən “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
O qeyd edib ki, belə dindarlaşma prosesi getdikcə Azərbaycanda bir sıra problemlər yaradır: “Təəssüf ki, dindarlaşma prosesi getdikcə bəzi dini qruplar daxilində məqsədli şəkildə milli kimliyimizi dini kimliyimizə qarşı qoyur. Digər problem odur ki, dindarlaşma prosesi getdikcə bəzi dini qruplar daxilində radikallıq meylləri yaranır, dünyəvi dövlətə qarşı çıxışlar meydana gəlir. Bu “dindarlaşma” prosesinin gətirdiyi problemlərdən biri də ondan ibarətdir ki, ailə münasibətlərində, xüsusilə qadın hüquqları məsələsində müəyyən təhdidlər yaranır, bəzən qadın hüquqlarına qarşı çıxışlar olur”.
G. İsmayılov deyib ki, buna qadınların təhsil almaq, işləmək, ictimai-siyasi həyatda iştirak etmək, ailə münasibətlərində qadın hüquqları kimi hüquqları daxildir: “Azərbaycan dünyəvi dövlət olduğundan bütün problemlər hüquqi müstəvidə həll edilməlidir. Amma bununla yanaşı, maarifləndirmə işləri də aparılmalıdır. Dindən qaynaqlanan bu problemlərin həllində sağlam dini maarifçilik önəmli rol oynaya bilər. Bu gün adət-ənənələrimizin hamısı dindən qaynaqlanmır. Bu gün adət-ənənələrimizdə dindən gələn məsələlər rol oynayır. Amma məsələ ondadır ki, adət-ənənələrimizin formalaşmasında iştirak edən dini faktorların hamısı əsl dindən, yoxsa dırnaqarası dindən qaynaqlanır? Problem İslamda deyil. Səhv anlayışlar bizə səhv İslam adı altında gətirilir, biz buna qeyri-ənənəvi İslam da deyirik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi