azia.az
azia.az

 Yağış “Kristal Abşeron”un ayıbını ortaya çıxardı... - FOTO

30-11-2020, 14:11

Yağış “Kristal Abşeron”un ayıbını ortaya çıxardı...
“Kristal Abşeron” Qobu massivindəki keyfiyyətsiz tikinti işləri layihənin sifarişçisi “Paşa-Holding”i pis vəziyyətə salıb.
 Yağış “Kristal Abşeron”un ayıbını ortaya çıxardı... - FOTO
Azərbaycanda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın siyasi fəaliyyətlərinin prioritet istiqamətlərindən biri də qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının və əlillərinin sosial vəziyyətlərinin, mənzil şəraitlərinin yaxşılaşdırılmasıdır.

Məhz bu məqsədlə bu şəxslərin yeni mənzillərlə təmin edilməsi üçün hər il dövlət büdcəsindən milyarlarla vəsait ayrılır.

Son illərin statsitikasına nəzər yetirdikdə görürük ki, dövlətin maliyyəsi hesabına qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə tikilən evlərin böyük əksəriyyəti müasir standartlara cavab verir.

Ancaq təəssüf ki, bəzən öz şəxsi mənafeləri üçün vəziyyətdən sui-istifadə edən, icra etdikləri tikinti işlərini standartlara, tikinti qaydalarına uyğun aparmayan podratçı şirkətlərə də rast gəlinir.

Qlobal.az bu ilin sentyabr ayında bu cür acınacaqlı vəziyyətin yarandığı layihələrdən biri də Qaradağ rayonunda inşa edilən “Qobu Park” şəhərciyindən reportaj hazırlamışdı.

Reportajda “Qobu-2” şəhərciyindəki yaşayış binalarının inşası zamanı podratçı təşkilat ciddi formada layihədən kənara çıxdığı barədə yazılırdı. (Məqalə ilə bu linkə daxil olaraq tanış ola bilərsiniz – https://qlobal.az/kristal-abseron-pasa-holdingi-aldadir-foto/#.X7pNss0zbIU).

Payız fəsilinin gəlişi ilə başlayan yağışlar sözügedən ərazidə daha ciddi fəsadları ortaya çıxarıb.

Əməkdaşımızın hadisə yerindən çəkdiyi fotolarda burada məktəb ərazisində aparılan tikinti işlərinin də keyfiyyətsiz aparıldığı görünür. Belə ki, 2-3 gün davam edən yağışlardan sonra Qobu-3 massivində yerləşən məktəbin hasarlarının uçduğu, yol və digər kommunikasiya xətlərinə ciddi ziyan dəydiyi deyilir.

“Kristal-Abşeron” şirkətinin təhvil verilməsindən qısa zaman keçməsinə baxmayaraq Qobu yaşayış massivlərində aparılan tikinti işlərinin keyfiyyətsiz olması gələcəkdə işğaldan azad edilən ərazilərimizdə tikinti işlərini aparmasını da sual altına alır.

Qeyd edək ki, layihənin sifarişçisi “Paşa – Holding” şirkətidir.

“Kristal-Abşeron” MMC məsələyə münasibət bildirməyib.

DİA.AZ Qlobal.az-a istinadən ərazidən çəkilən fotoları təqdim edir:
 Yağış “Kristal Abşeron”un ayıbını ortaya çıxardı... - FOTO
 Yağış “Kristal Abşeron”un ayıbını ortaya çıxardı... - FOTO
 Yağış “Kristal Abşeron”un ayıbını ortaya çıxardı... - FOTO
 Yağış “Kristal Abşeron”un ayıbını ortaya çıxardı... - FOTO
 Yağış “Kristal Abşeron”un ayıbını ortaya çıxardı... - FOTO
 Yağış “Kristal Abşeron”un ayıbını ortaya çıxardı... - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi