Səhiyyə nazirliyi peyvəndlərin “Hell” soyuducusunda saxlandığını TƏSDİQLƏDİ
Sosial şəbəkələrdə poliklinikaların birində koronavirusa qarşı peyvəndlərin enerji içkiləri üçün nəzərdə tutulan soyuducuda saxlanıldığını əks etdirən görüntülərə Səhiyyə Nazirliyi cavab verib.
"Həqiqətən də həmin soyuducu konteynerdən 16 saylı Şəhər Poliklinikasında istifadə olunub. Vaksinlər poliklinikalarda 2-5 dərəcə temperaturda saxlanılır. Bu soyuducular da həmin temperaturu təmin edir.
Poliklinikaların soyuducu konteynerlərlə təminatına gəlincə isə, qurumdan bildirilib ki, bu məsələ Səhiyyə Nazirliyinin səlahiyyətində deyil.
Mövzu ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə də sorğu ünvanladıq. Agentlikdən məsələ haqda gün ərzində cavab veriləcəyi bildirilib.