azia.az
azia.az

Millimiz yarımfinala çıxa bilmədi

10-02-2016, 09:23

Millimiz yarımfinala çıxa bilmədi Futzal üzrə Avropa çempionatının final mərhələsində 1/4 finalın daha bir oyunu baş tutub. Yarımfinala vəsiqə uğrunda mübarizə aparan Azərbaycan millisi Rusiya ilə qarşılaşıb.
İtaliya (0:3) və Çexiya (6:5) ilə qarşılaşmalardan sonra D qrupunda 2-ci yeri tutan komandamız C qrupunun qalibi - Rusiyaya qarşı oyunda növbəti tura vəsiqə axtarışına çıxıb.
İlk hissəsi maraqlı mübarizə şəraitində keçən qarşılaşmada hesabı ruslar açıb. Çox keçmədən isə millmiz bərabərlik qolunu vurub. Ancaq fasiləyə qədər daha bir dəfə fərqlənən şimal qonşularımız hissəni öndə bitirib.
İkinci yarı isə millimiz üçün uğursuz olub. Daha dörd dəfə Rövşən Hüseynovu məyus edən ruslara sadəcə bir qolla qarşılıq verən Tino Perezin yetirmələri qarşılaşmadan 2:6 hesablı məğlubiyyətlə ayrılıb.
Bununla da milli komandamız Avropa çempionatındakı çıxışını başa vurub.
Futzal üzrə Avropa çempionatının final mərhələsi
1/4 final
9 fevral
Rusiya – Azərbaycan - 6:2
Qollar: Abramov, 7, 26, Romulo, 15, Eder Lima, 25, 39, 40 - Avqusto, 8, 28
Belqrad. “Belqrad Arena”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi