azia.az
azia.az

Türkiyə sərhədində rus generallar öldürüldü

4-02-2016, 13:59

Türkiyə sərhədində rus generallar öldürüldü Generallar yeni planlar barədə müzakirələr apararkən basqına məruz qalıblar.

Suriyanın Türkiyə sərhədində yerləşən Türkməndağı bölgəsində Rusiya ordusunun generalları oldürülüb. Rusiya və Bəşər Əsəd rejiminin generallarının keçirdiyi toplantıya hücum edilib.
Belə ki, generallar axşam saatlarında baş tutan toplantıda bölgədə həyata keçirilən hücumların son vəziyyəti və yeni planlar barədə müzakirələr apararkən basqına məruz qalıblar.
Anadolu agentliyinin verdiyi məlumata görə, Duveyrik və Selma bölgələri arasında olan məkanda keçirilən toplantıya yüksək rütbəli generallar qatılıb.
Müxalif qüvvələrin etdiyi basqında 4-ü rus, 4-ü rejim generalı və 15 əsgər öldürülüb. Ölən rus generallardan birinin Türkməndağındakı hücumları koordinasiya edən, "Yuri" ləqəbli general-leytenent olduğu bildirilir. Digər rus hərbçilərin isə general-mayor olduğu müəyyən edilib.
Basqın zamanı öldürülən rejim generallarının dördünün də rütbəsi general-mayordur. Rusiya sə Suriya tərəfi hücumla bağlı hələlik heç bir məlumat yaymayıb.
Türkməndağında basqın edilən bölgə
Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Rusiya hərbi aviasiyasına məxsus qırıcılar Suriya ərazisində hərbi əməliyyatlara başlayıb. Əməliyyat öncəsində bunun İŞİD-ə qarşı mübarizə olduğu bildirilsə də daha sonra rus qırıcılarının Əsəd rejiminə qarşı olan dinc əhalini bombardıman etdiyi iddia olunmuşdu.
Rusiya qırıcıları Türkiyə ilə həmsərhəd türkmən ərazilərini də bombardıman edir. Qırıcılar əsasən türkmənlərin kompakt yaşadığı bölgələrə zərbələr endirir.
Suriya dövləti ərazisində əsasən türkmənlərin yaşadığı Yamadi, Salur və Ceptoros bölgələrini Rusiya qırıcılarının bombardman etməsi nəticəsində minlərlə insan yaşadığı yeri tərk edərək Türkiyə sərhədinə üz tutub.
Türkməndağındakı partlayış səsləri Türkiyənin Hatay şəhərinin Yayladağı rayonunda da eşidilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi