azia.az
azia.az

Sabir Rüstəmxanlı: “Səfirlər tanışlıqla, tanınmış ailələrin övladları olduğu üçün vəzifəyə təyin edilirlər” – AÇIQLAMA

17-11-2018, 09:28

Sabir Rüstəmxanlı: “Səfirlər tanışlıqla, tanınmış ailələrin övladları olduğu üçün vəzifəyə təyin edilirlər” – AÇIQLAMA

"Səfirlərimizin çoxusu dilimizi, mədəniyyətimizi, tariximizi bilmir"

Sabir Rüstəmxanlı: “Səfirlər tanışlıqla, tanınmış ailələrin övladları olduğu üçün vəzifəyə təyin edilirlər” – AÇIQLAMA
“Mən səfirlərlə bağlı vaxtilə zaman-zaman Milli Məclisdə də sözümü demişəm, mətbuata da bu haqda açıqlamalar vermişəm. Ümumiyyətlə, Xarici İşlər Nazirliyinin kadr seçmə məsələlərindən mən həmişə narazı qalmışam. Bir çox səfirləri tanıyıram, bəziləri ilə də münasibətim olub. Bunların bir çoxu tanışlıqla, müəyyən tanınmış ailələrin övladları olduğu üçün vəzifəyə təyin olunublar”.
Bu fikriləri AZİA.AZ saytına açıqlamasında son vaxtlar səfirlər ətrafında baş verən hadisələrə münasibət bildirərkən eks-deputat, VHP sədri Sabir Rüstəmxanlı bildirib.
S.Rüstəmxanlı əlavə edib ki, səfirlərimizin çoxusu dilimizi, mədəniyyətimizi, tariximizi bilmir: “Bir səfir ki, öz ölkəsi haqqında tam mükkəmməl şəkildə, alim səviyyəsində məlumatları bilmirsə, onun səfir işləməyə haqqı yoxdur. Səfir öz ölkəsinin müxtəlif problemləri ilə bağlı xaricdə danışmalıdır, müətmadi olaraq məlumatlar verməlidir, əlaqələr qurmalıdır, ölkəyə rəğbət qazandırmalı və ölkəni sevdirməlidir. Təəssüf ki, öz ölkəsini tanımayan adamlar səfir qoyulur. Təkcə xarici dilləri, ingilis dinini bilmək bəs eləmir. Bu adam özünü, millətini tanımırsa və ana dilini, dəyərlərimizi bilmirsə, bu bizi necə təmsil edə bilər!? Belə hallar çoxdur. Səfirlərimizin çoxusu diplomatik işdən daha çox, başqa işlərlə məşğul oluirlar. Şəxsi maraqlarla məşğul olmaq səfirlərə başucalığı gətirməz”.
Xatırladadaq ki, A.Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad olunandan sonra onun İspaniyada səfir işləyən oğlunun da həmin ölkədə şərab biznesi ilə məşğul olması ilə bağlı iddialar mətbuatda yer alıb.
Subt Mehdiyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi