Qulu Məhərrəmli: “Abel Məhərrəmov vəzifəyə təyin olunanda da, çıxarılanda da “URA!?”
“Heç şübhəsiz ki, kiminsə vəzifədən çıxsrılması, vəzifəyə təyin olunması həm də ictimai psixologiyanı əks etdirir. Abel Məhərrəmovla bağlı diqqətçəkən məqam odur ki, o, nə qədər ki, vəzifə daşıyırdı, başqa Mətbuat Şurası olmaqla, media qurumları da BDU ilə əməkdaşlıq edirdi, orada tez-tez tədbirlər keçirilirdi və jurnalistlər də iştirak edirdilər. Ancaq vəzifədən çıxarılandan sonra baş verən bəzi məsələləri anlamaq olmur”.
Bu fikirləri AZİA.AZ saytına açıqlamasında professor Qulu Məhərrəmli bildirib.
Abel Məhərrəmovun BDU-nnun rektoru vəzifəsindən azad olunandan sonra mediada və sosial şəbəkələrdə yaranan ajiotajla bağlı fikirlərini saytımıza bildirən Q.Məhərrəmnli qeyd edib ki, bəlkə də Abel müəllimin vəzifədən çıxarılması bir az qeyri-adi göründüyünə görə insanların emosialarını daha da çoşdurur: “Amma bütün hallarda sosial şəbəkələrdə hər şey görünür. Lakin media çox ölçülü-biçili olmkalıdır. Media baş verənlərlər bağlı qarşı tərəfin fikrini öyrənmir, əks tərəfin rəyi yoxdur. Media ümumiyyətlə bu haqda düşünmür. Burada da peşəkarlıq məsələsi ortaya çıxır. Təyin olunan da “URA”, çıxarınmanda “URA!?”. Bu məsələ bir daha ortaya çıxartdı ki, mediada qeyri-peşəkarlıq çox ciddi problemə çevrilib. Qısası, sosial şəbəkələrin küyünə də getmək doğru deyil”.
Samir