Meral Konrat Azərbaycana niyə gəlməsindən danışıb
Türkiyənin tanınmış aktyorları Meral Konrat, Sarp Levendoğlu, Emre Kızılırmak Bakıda qonaq olub
Lent.az-ın məlumatına görə, onların paytaxtımıza təşrif buyurmasına səbəb Nizami Kino Mərkəzində “Türk Filimləri Həftəsi-Bakı”nın açılış mərasimi olub.
İlk öncə Meral Konrat media nümayəndələrinin qarşısına keçib. O növbəti dəfə ölkəmizdə olduğu üçün sevindiyini diqqətə çatdırıb: “Mənim ikinci vətənim Azərbaycandır. Ona görə də bura gələndə sevinirəm. Aktyor dostum Sarpa dəstək olmaq üçün bu gün burdayam”.
Qeyd edək ki, gecədə millət vəkili Qənirə Paşayeva, şair Sabir Rüstəmxanlı və xanımı Tənzilə Rüstəmxanlı, xalq artisti Azərin, əməkdar artist Mehriban Zəki də iştirak edirdi.