azia.az
azia.az

“Qiymət artımının arxasında süni inhisarçı şirkət kimi “Azərsun” Holdinq durur”

12-10-2021, 10:00


“Qiymətlərə dövlət müdaxilə edə bilmir və buna görə tənzimləmə alətlərindən ciddi sürətdə istifadə edilməlidir”.
“Qiymət artımının arxasında süni inhisarçı şirkət kimi “Azərsun” Holdinq durur”
Bizimxeber.az xəbər verir ki, bu sözləri iqtisadiçı alim Məhəmməd Talıblı Azərbaycanda son bir ay müddətində qiymətlərdə kəskin artımın səbəblərini şərh edərkən qeyd edib.

Azərbaycanda son bir ay müddətində qiymətlər hiss olunacaq qədər artıb. Rəsmi statistika bunu tam etiraf etməsə də qiymət artımı artıq əsas sosial-iqtisadi problemə çevrilməkdədir. Əhali arasında isə supermarketlərin hər gün artan qiymətlərindən narazılıq ən yüksək səviyyədədir.

Bəs qiymətləri heç bir əsas olmadan kim, ya da kimlər qaldırır? Ümumiyyətlə Azərbaycanda qiymət artımını yaradan əsas səbəb, ya da səbəblər hansılardır və Azərbaycanda fəaliyyət göstərən supermarket əncirləri bu qiymət artımında hansı rolu oynayır?

İqtisadiyyat Nazirliyinin İstehlakçılarının hüquqları ilə bağlı aidiyyatı quruma belə şirkətlərlə bağlı soğrular göndərmədiyini nəzərə çatdıran iqtisadçı alim PİA.az-a açıqlamasında sual edir ki, İqtisadiyyat nazirliyi niyə Sanitar-baytarlıq normalarına uyğun olmayan məhsul istehsalına görə sərt tələblər irəli sürüb istehlakçıların hüquqların qorumur? İqtisadçıya görə bunlar olduqca ciddi narahatlıq yaradan məsələlərdir:

“Doğrudan da ölkədə son aylar sürətli qiymət artımları müşahidə olunmaqdadır. Bu açıq gözlə görünəcək formada təzahür edir. Xüsusilə yağın qiymət artımları 38-45% arasında dəyişib. Bu olduqca iri nisbətdə qiymət artımından xəbər verən fəlakətdir. Niyə bunu fəlakət adlandırıram?

Əvvəla, ölkədə yüzlərlə yağ və kərə məhsulları idxal olunduğu bir zaman yağların qiymətlərinin birdən-biriə sinxron olaraq artırılması inhisarçıların sanki eyni mərkəzdən idarə olunması haqqında təəsuratı dəqiqləşdirir.

İkincisi, yağ kütləvi istehlak malları qrupuna daxildir. Onu hamı istehlak edir. Bu həm də həssas sosial qrupların ailə büdcələrində xüsusi çəki yaradır və onları sürətlə yoxsullaşması riskini doğrur.

Üçüncüsü, bu qiymət artımının arxasında birmənalı olaraq süni inhisarçı şirkət kimi “Azərsun” Holdinq durur. Bu şirkət ərzaq və kənd təsərrüfatının müəyyən seqmentində inhisarçı paya sahibdir.

Dördüncüs, İqtisadiyyat Nazirliyinin İstehlakçılarının hüquqları ilə bağlı aidiyyatı quruma niyə belə şirkətlərlə bağlı soğrular göndərmir? Hesabatlılıq tələb edir? Sanitar-baytarlıq normalarına uyğun olmayan məhsul istehsalına görə sərt tələblər irəli sürüb istehlakçıların hüquqların qorumur? Bunlar olduqca ciddi narahatlıq yaradan məsələlərdir.

Ona görə də yalnız yağın qiymətlərinin artırılması deyil, həm də onun keyfiyyət göstəricilərinin də ciddi monitorinqinə ehtiyac var. Qiymətlərə dövlət müdaxilə edə bilmir və buna görə tənzimləmə alətlərindən ciddi sürətdə istifadə edilməlidir. Bununla yanaşı məhsulların keyfiyyəti və istehlakçılarının hüquqlarının müdaxiəsi nöqteyi-nəzərindən də şirkətlər qarşısında ciddi tələblər qoymalıdır. Bu bazar iqtisadiyyatının əsas prinsiplərinə zidd deyil”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi