Yay aylarının faydalı içkisi: Reyhan şərbəti
Reyhan şərbəti tərkibindəki antioksidantlar, vitaminlər və minerallarla immun sistemini dəstəkləyən təbii içkilərdən biri hesab olunur.
Bildirilir ki, bu içki həzmi asanlaşdırmağa, orqanizmi sərinləndirməyə və stressin azalmasına kömək edə bilər.
Bununla yanaşı, həddindən artıq istehlakı bəzi insanlarda mədə narahatlığı və allergik reaksiyalar yarada biləcəyi üçün ölçülü şəkildə qəbul edilməsi tövsiyə olunur.
Şərbətin hazırlanması da olduqca sadədir. Bunun üçün təzə reyhan yarpaqları yuyulduqdan sonra qaynar suya əlavə edilir və təxminən 10–15 dəqiqə dəmlənir. Daha sonra qarışığa zövqə uyğun şəkər və ya bal, eləcə də limon suyu əlavə olunur. Şərbət soyudulduqdan sonra süzülərək buzla birlikdə süfrəyə verilə bilər. Bu içki xüsusilə isti yay günlərində həm sərinləşdirici, həm də faydalı alternativ hesab olunur.
Əminə Bayramova