Xaricə köçən fenomen adının yerli dildə nalayiq məna daşıdığını öyrəndi
Xaricə köçdükdən sonra soyadının yerli dildə gözlənilməz və kobud məna daşıdığını öyrənən sosial media fenomeni Ana Petcu yaşadıqlarını göz yaşları içində izləyiciləri ilə bölüşüb. Fransız dilində soyadının söyüş və arqo ifadələri ilə assosiasiya olunması səbəbindən tez-tez lağ obyektinə çevrildiyini deyən fenomenin videosu sosial şəbəkələrdə qısa zamanda viral olub.
Xəbər verilir ki, sosial mediada paylaşdığı məzmunlarla tanınan Ana Petcu Parisə köçdükdən sonra xoşagəlməz sürprizlə üzləşdiyini bildirib. Onun ana dilində tamamilə adi səslənən soyadı fransız dilində kobud və nalayiq ifadələri xatırlatdığı üçün ətrafındakı insanların davamlı olaraq onunla zarafat etdiyini deyib.
Göz yaşları içində danışan fenomen bu vəziyyətin gündəlik həyatını düşündüyündən daha çox çətinləşdirdiyini vurğulayaraq, "Parisə gəlməzdən əvvəl bunu mənə niyə heç kim demədi?" sözləri ilə narazılığını ifadə edib.
Bütün psixoloji təzyiqə və ətrafındakı zarafatlara baxmayaraq, Petcu videonun sonunda hadisəyə yumorla yanaşmağa çalışıb. Evliliyə normalda isti baxmadığını bildirən fenomen zarafatla, "Təkcə fərqli soyada sahib olmaq üçün kiminsə soyadını 'borc ala' bilərəm", - deyərək çarəsizliyini gülməli şəkildə dilə gətirib.
Fenomenin paylaşımı qısa müddətdə milyonlarla baxış toplayıb və sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.