azia.az
azia.az

Poliklinikalardakı Hindistan, özəl xəstəxanalardakı isə Avropa istehsalı peyvəndlərdir? – AÇIQLAMA

Bu gün, 11:13

Azərbaycanda peyvəndlənmə ilə bağlı sual doğuran məqamlardan biri istifadə olunan vaksinlərin mənşəyidir. Belə ki, poliklinikalarda əsasən Hindistan istehsalı olan peyvəndlər tətbiq edildiyi halda, bir sıra özəl xəstəxanalar Belçika istehsallı vaksinlərdən istifadə edir. Bu isə valideynlərdə keyfiyyət və təhlükəsizliklə bağlı şübhə yaradır.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən pediatr Nərmin Şəfizadənin sözlərinə görə, hazırda poliklinikalarda istifadə edilən peyvəndlərdən yalnız QPM (qizilca,məxmərək,parotit) və AKDS (göy öskürək,difteriya,tetanus) Hindistan istehsalıdır, digər profilaktik peyvəndlər isə Avropa istehsalıdır.

 

O bildirib ki, qızılca peyvəndi hansı ölkənin istehsalından asılı olmayaraq canlı vaksin olduğu üçün reaksiya törətmə qabiliyyəti eynidir: “AKDS peyvəndinin tərkibindəki göy öskürək komponenti hüceyrevi formada olduğu üçün həmin peyvənddən sonra yüngül əlavə təsirlər olur. Əvvəllər poliklinikalara Hindistan istehsalı olan Penta peyvəndi verilirdi, onun da tərkibindəki göy öskürək komponenti hüceyrəli formada olduğu üçün əlavə təsirləri olurdu, 2024 cü ilin mart ayından poliklinikalara dövlət tərəfindən Avropa istehsalı olan HEXA peyvəndi verilir, tərkibindəki göy öskürək komponenti hüceyresiz formadadır və əlavə təsirləri, demək olar ki, yox dərəcəsindədir. Digər peyvəndlər özəl klinikalardakı ilə eynidir. Fərqli istehsal yerlərinə məxsus olan peyvəndlərin keyfiyyət və təhlükəsizlik baxımından fərqi yoxdur. Hindistan dünyanın ən böyük dərman zavodlarının yerləşdiyi yerdir. İşçi qüvvəsi ucuz olduğu üçün ucuz başa gələ bilər. Çox yerlər oradan peyvəndlər alırlar”.

 

Pediatrın sözlərinə görə, peyvəndin əks təsiri xəstəliyin risklərindən qat-qat aşağıdır: “Peyvəndlə qarşısı alına bilən xəstəliklərdən yeganə qorunma yolu peyvənddir, hər il dünyada peyvəndləmə sayəsində iki milyon uşaq ölümünün qarşısı alınır. Hansı ölkənin istehsalından asılı olmayaraq bütün peyvəndlər sınaqdan keçib və övladınız üçün təhlükəsizdir”.

 

Şəhanə Qədirli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi