azia.az
azia.az

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

Bu gün, 10:46

Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın beşinci günündə Azərbaycanın daha beş güləşçisi mübarizəyə qoşulacaq.

Bu gün sərbəst güləşçilər xalça üzərinə çıxacaq ki, Hüseyn Rzazadə ilə Nihad Süleymanlı 1/8 finaldan yarışa qoşulacaqlar. 

Abbas Şəfiyev, Rəşid Nazarov və Hakim Tağıyev isə təsnifat mərhələsindən başlayacaqlar. Rəşidin startdakı rəqibi erməni idmançı olacaq.

1/8 final
48 kq

Hüseyn Rzazadə - Amirali Faz (İran) / Aaryan Aaryan (Hindistan)

80 kq

Nihad Süleymanlı - Martin Mokras (Slovakiya) / Ali Zakirjanov (Qırğızıstan)

Təsnifat mərhələsi
55 kq

Abbas Şəfiyev - Temirlan Murat (Qazaxıstan)

65 kq

Rəşid Nazarov - Erik Papikyan (Ermənistan)

110 kq

Hakim Tağıyev – Behruz Aşirov (Özbəkistan)

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.

Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi