azia.az
azia.az

“Elçindən 100, Yavərdən 150, Mübarizdən isə 100 min dollar aldım...”

13-02-2017, 18:52

“Elçindən 100, Yavərdən 150, Mübarizdən isə 100 min dollar aldım...”
Keçmiş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Zakir Bədəlovun epizodu üzrə şahidlər dindirilib.

Onun qohumu Zakir Mustafayev deyib ki, Z.Bədəlov yalan danışır: “Mən ondan MTN-ə şikayət etməmişəm. Akif Çovdarovla da görüşməmişəm. Akif müəllimi tanımışam, amma vəzifədə olan 4-5 gürcüstanlıdan biri kimi. Zakir Bədəlovun mənə 500 min dollar borcu var idi, 275 min dollarını almışam”.

İttihama görə, zərərçəkən Z.Bədəlov qohumu Z.Mustafayevdən faizə 100 min dollar pul alıb. Z.Bədəlov deyib ki, aldığı pulu 125 min dollar olaraq geri qaytarıb. Lakin qohumu Z.Mustafayev onu MTN vasitəsilə hədələyərək əlavə 150 min, daha sonra isə 200 min tələb edib.

Məhkəmə prosesi günün ikinci yarısında davam etdiriləcək.

***

Fasilədən sonra zərərçəkmiş Nəsib Əliyevin epizodu üzrə dindirilmələr aparılıb.

“Mənzil dələduzluğu”nda təqsirləndirilərək 13 il azadlıqdan məhrum edilən və hazırda həbsdə olan N.Əliyev
N.Əliyev ifadəsində Akif Çovdarovun ona hədə-qorxu gələrək ondan 500 min dollar istəyib 350 min dollara razılaşdıqlarını deyib. O bildirib ki, bacanağı Elçindən 100 min, tanışı Yavərdən 150 min, Mübariz Xudayevdən isə 100 min alaraq Çovdarovun otağında ona verib.

N.Əliyev məhkəmədəki ifadəsində ziddiyyət aşkarlanıb. O, Çovdarovun otağının harada yerləşməsini deyə blməyib. A.Çovdarovun vəkilləri bildiriblər ki, istintaqa ifadəsində otağın yerini dəqiq təsvir edib.

N.Əliyevin oğlu Elton Əliyev deyib ki, 2007-ci ildə işlədiyi “Texnikabank”dan çıxarkən mülki geyimli şəxslər onu saxlayaraq MTN-ə gətiriblər.

2010-cu ildə Moskvaya gedən E.Əliyevə 3 il sonra anası zəng edərək mənzillərin təkrar satışına görə polis tərəfindən axtarıldığını deyib və 2015-ci ildə saxlanılaraq Azərbaycana ekstradisiya olunub. Hazırda ittiham olunduğu cinayət işi üzrə istintaq davam etdirilir.

Məhkəmə prosesi fevralın 15-də davam etdiriləcək.

Murad Əhməd


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi