azia.az
azia.az

Akif Çovdarovun məhkəməsi - general ittihamlara cavab verəcək

21-11-2016, 12:39

Akif Çovdarovun məhkəməsi - general ittihamlara cavab verəcək
Ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilir

Musavat.com xəbər verir ki, hazırda Sabunçu Rayon Məhkəməsində davam edən proses yenə də jurnalistlərin iştirakı olmadan keçirilir.

Məhkəmə prosesinin qapalı olması ilə bağlı qərar verilməsə də jurnalistlərin iştirakına yaradılan problemin səbəbi göstərilir.

Saat 11:00-a təyin edilimiş prosesdə hazırda prokuror ittiham aktını elan edir.

Sonuncu prosesdə ittiham aktının elan olunması yarıda dayandırılmışdı.

Bildirək ki, Akif Çovdarov 3 vəkillə müdafiə olunur.

Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Çovdarov və digər 3 nəfərin cinayət işinə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi