azia.az
azia.az

Bakıda evli qadına zəng edən şəxs bıçaqlandı

28-11-2016, 12:21

Bakıda evli qadına zəng edən şəxs bıçaqlandı Bakının Binəqədi rayonunda 35 yaşlı kişi bıçaqlanıb.

Bakunews.az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yeni Yaşayış massivində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Cumayev Sahib Rafiq oğlu yaşadığı evin yaxınlığında belinin arxa nahiyəsindən iki bıçaq xəsarəti alıb. O, ağır xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Məlumata görə, S.Cumayev səhvən evli qadına zəng vurub. Onun bu zənginə qadının həyat yoldaşı cavab verib. S.Cumayev isə yaşadığı evin ünvanını söyləyib. Qadının həyat yoldaşı tanışları ilə birlikdə onu evdən çölə çağırıb. S.Cumayevin üzünə bir sillə vurulub, qadının əri isə ona bıçaqla xəsarət yetirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi