azia.az
azia.az

Ağstafada baş vermiş sursat partlayışına Ombudsmanın reaksiyası

Dünən, 11:00


Mina və partlamamış hərbi sursat təhlükəsi ölkəmizdə insanların həyat və sağlamlığı üçün ciddi təhdid olaraq qalmaqda, insan hüquqlarının, xüsusilə yaşamaq hüququnun pozulmasına səbəb olmaqdadır.

Bu problem təkcə insan həyatına təhdid deyil, həm də sağlam ətraf mühitdə yaşamaq hüququnu pozan ağır ekoloji fəlakətdir. Mina və hərbi sursat partlayışları və torpaq altında uzun müddət qalan partlayıcı maddələr kimyəvi zəhərlənmə yaradır. Bu proses münbit torpaq qatını sıradan çıxarır və yeraltı su hövzələrini çirkləndirir.

Ağstafa rayonunda baş vermiş partlayış nəticəsində bir nəfərin həlak olması, digərinin isə ağır xəsarət alması dərin təəssüf və narahatlıq doğurur.

COP31 kimi qlobal əhəmiyyətli iqlim tədbirinin keçirildiyi, dünyanın təhlükəsiz və dayanıqlı gələcək naminə təşəbbüslərini birləşdirdiyi bir dövrdə Azərbaycanda bu cür faciənin baş verməsi beynəlxalq ictimaiyyətin diqqətini mina və partlamamış hərbi sursatların yaratdığı humanitar təhlükəyə bir daha yönəltməlidir.

Beynəlxalq ictimaiyyəti və aidiyyəti təşkilatları bu problemin aradan qaldırılması, humanitar minatəmizləmə fəaliyyətinə dəstəyin gücləndirilməsi və insanların təhlükəsiz yaşamaq hüququnun təmin olunması istiqamətində səylərini artırmağa çağırıram.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi