azia.az
azia.az

Vasif Məhərrəmli rus qadınla formal nikaha girib

Dünən, 15:10

Əməkdar artist Vasif Məhərrəmli rusiyalı qadınla nikaha girdiyini açıqlayıb.

Bu barədə müğənni özü danışıb.

Sənətçi nikaha daxil olduğu qadının üzünü belə görmədiyini bildirib:

"1989-cu ildə Bakıya gəlmişəm. Atam mənə ev alıb və həmin evə gətirib. Ev alsaq da, həmin il Bakı şəhərində qeydiyyata düşmək üçün nikahda olmalı idin. Bu, mənim deyil, böyüklərin ağlı olub".

Vasif Məhərrəmli Sovet dövründə atasının xeyli pulunun olduğunu, lakin qorxduğu üçün həmin vəsaiti xərcləyə bilmədiyini də söyləyib:

"1990-cı ildə Sovet pulları bir gecədə dəyişdi. O vaxt pullar yandı. Bəzi insanlar, o cümlədən atam da qorxusundan pullarını ortaya çıxara bilmədi. Mümkün olmadı, heç dostuna da etibar edə bilmədi".

Qaynarinfo


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi