azia.az
azia.az

Enerji və gümrahlıq üçün qəhvəyə ən yaxın alternativ açıqlandı

Bu gün, 07:40

Diyetoloq və endokrinoloq Anton Polyakovun sözlərinə görə, qəhvənin verdiyi gümrahlıq hissini qida ilə tam əvəz etmək mümkün olmasa da, təsirinə görə ona ən yaxın məhsul acı şokoladdır.

Oxu.Az xəbər verir ki, mütəxəssis bu barədə "Praym" nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, tərkibində kakao payı yüksək olan acı şokolad qəhvəyə ən uyğun alternativ sayıla bilər.

"Söhbət stimullaşdırıcı təsirdən gedirsə, qəhvəni hər hansı qida məhsulu ilə tam əvəz etmək mümkün deyil. Bu baxımdan qəhvəyə ən yaxın məhsul acı şokoladdır. Şokoladın tərkibində kakao payı nə qədər yüksək olarsa, təsiri də bir o qədər güclü olar", - deyə Polyakov bildirib.


Diyetoloq vurğulayıb ki, kakaonun tərkibində əhvali-ruhiyyəni yaxşılaşdıran, gümrahlıq verən və stresin azalmasına kömək edən maddələr var.

Polyakov əlavə edib ki, şokoladın tərkibində B qrupu vitaminləri, teobromin və tonusverici təsirə malik kofein də var.

"Şokoladın tərkibində beyinə stimullaşdırıcı təsir göstərən PQQ adlı vitaminəbənzər maddə var. Bu maddə hüceyrələrdə enerji istehsalına cavabdeh olan mitoxondrilərin fəaliyyətini dəstəkləyir", - deyə mütəxəssis qeyd edib.

Polyakovun sözlərinə görə, qoz və fındıq kimi çərəzlər stimullaşdırıcı təsir baxımından qəhvəni əvəz edə bilmir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi