azia.az
azia.az

Həbs edilən nazir müavininə aylıq 12 min verən Mehman Şükürovun şok – Dosyesi

22-05-2020, 14:29

Həbs edilən nazir müavininə aylıq 12 min verən Mehman Şükürovun şok – Dosyesi
Həbs edilən nazir müavininə aylıq 12 min verən Mehman Şükürovun şok – Dosyesi
Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən Mədəniyyət Nazirliyində keçirilən antikorrupsiya əməliyyatından sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov istintaqa cəlb oluna bilər.
Reportyor.info-nun əldə etdiyi məlumatda bildirilir ki, DTX tərəfindən mədəniyyət nazirinin müavini Rafiq Bayramovun iş kabinetində saxlanması, regional idarələrdən aylıq rüşvət aldığını etiraf etməsi, onların sırasında Mehman Şükürovun da adının olması sonuncunun vəziyyətini ağırlaşdırıb.
Nazir müavini əməliyyat çəkilişi zamanı ifadəsində etiraf edib ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov hər ay ona 10-12 min manat verirmiş.
Qanunvericiliyə görə, rüşvət alanla yanaşı rüşvət verən şəxs də məsuliyyətə cəlb olunur. Əgər rüşvəti verən şəxs hədə-qorxu ilə buna məcbur edilməyibsə, o halda cəzası rüşvət alanla eyni olur.
Qanunla Mehman Şükürov Rafiq Bayramov kimi istintaqa cəlb edilərək dindirilməli, rüşvəti hər ay hansı şəraitdə, təzyiq altında olub-olmadığı vəziyyətdə verdiyini bildirməlidir. Bu məqamlar aydınlaşdırıldıqdan sonra M.Şükürov barəsindəki hökmün ağırlığı müəyyən edilə bilər.

Ancaq Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi hər ay rüşvət verməyə təhdid altında məcbur edildiyini söyləsə, o zaman cəzası yüngülləşər, hətta məhkəmə istintaq tərəfindən zərər çəkmiş kimi tanına bilər. Sadəcə, mədəniyyət nazirinin idarə rəisini rüşvət verməyə məcbur etməsi inandırıcı deyil.
Çünki R.Bayramovun əlində hansısa təzyiq rıçaqları olmayıb, özü hansısa hüquq-mühafizə orqanına bağlı deyil, MTN generalları Akif Çovdarovla Sübahir Qurbanov kimi güclü biri deyildi, M.Şükürovu sıxma-boğmaya salmaq imkanları nonsens görünür. Odur ki, rüşvətin hər ay alınması və verilməsi qarşılıqlı, könüllü surətdə olub.
Bundan sonra M.Şükürovun aqibətinin necə olacağı sual altındadır. Hər halda idarə rəisi işdən çıxmaqla canını qurtarmağa çalışır. Amma istintaq bitməmiş onun üçün kabus sona yetməyəcək.

Reportyor.info mediada yayılmış xəbərlərə də nəzər salıb. Məlum olur ki, ötən dövr ərzində Mehman Şükürovun əməllərindən çox yazılıb.
Medyadan əldə etdiyimiz məlumata görə, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov bir çox maxinasiyaları əsasən idarənin tabeliyində olan köçkün rayonların mədəniyyət müəssisələrində həyata keçirib.
İdarənin tabeliyində olan Qubadlı, Zəngilan və Şuşa rayonlarının mədəniyyət müəssisələrində xeyli sayda “ölü can”ların olduğu da məlumatlar arasında yer alır.
Qeyd edilir ki, klubların, mədəniyyət evlərinin, kitabxana binalarının, rəsm qalareyalarının cari təmiri üçün dövlət tərəfindən ayrılan vəsaitlər də idarə rəhbərliyi tərəfindən mənimsənilir. Görüləcək işlər isə sadəcə olaraq kosmetik formada həyata keçirilir.
Məlumatda iddia olunur ki, Mehman Şükürovun mühasibi ilə hər ay İdarənin tabeliyində olan müəssisələrdə işləyən işçilərin əmək haqqından 4-10 manat kəsməklə ayda 6 min manata yaxın qazanc əldə edir.
Bundan başqa musiqi məktəblərdə işləyən müəllimlərin adına yazılan artıq dərs saatlarının pulu da məhz darə rəhbərliyinə çatır.
Bununla yanaşı, tender məsələlərində də Mehman Şükürovun maxinasiyalara yol verdiyi söylənilir.
İddiaya görə, idarəyə komputer və digər texniki avadanlıqların alınması zamanı keçirilən 27900 manatlıq tenderdə 10000 (on min) manatdan çox vəsait mənimsənilib.
Hələ illər öncə Mehman Şükürovun Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru olduğu zaman teatrda 100-dən artıq “ölü can”lar olub. O zaman bu barədə hüquq mühafizə orqanlarının teatrda apardığı araşdırma zamanı da bu fakt öz təsdiqini tapıbmış.
Xatırladaq ki, 2014-cü ildə qalmaqallı formada işdən çıxan Mehman Şükürov istefasının səbəbini səhhətində olan problemlərlə əlaqələndirmişdi.
M.Şükürovun mədəniyyət tariximizdə analoqu olmayan biabırçılıqdan sonra yenidən Sumqayıt Regional Mədəniyyət İdarəsi kimi böyük və məsuliyyətli təşkilata rəhbərlik etməsi görünür, mədəniyyət naziri Əbülfəs Qarayevin ona olan “xüsusi” diqqətidir.
Qlobal.az isə yazıb ki, Mehman Şükürov korrupsiya məsələsinə görə, artıq ikinci dəfədir dindirilir.
2014-cü ildə, o zamankı Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı Mehman Şükürovun korrupsiyasının üstü açılıb.
MTN-nin Sumqayıt Dövlət Musiqili Dram Teatrında keçirdiyi əməliyyat zamanı teatrda 100-dən artıq “ölü can” lduğu müəyyən edilib.
MTN-nin əməkdaşının “tualet hardadır” sualına teatrda adı 7 ay “elektrik” vəzifəsində gedən “ölü can”ın çiynini çəkməsi hər kəsin şaqqanaq çəkib gülməsinə səbəb olub.
Bu hadisədən sonra Mehman Şükürov direktor vəzifəsindən istefa verərək, bir daha mədəniyyət sahəsində çalışmayacağını mətbuata açıqlamışdı. Amma son olmayıb, görünür, son 2020-yə qismət imiş…


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi