azia.az
azia.az

İcra başçısı: Tərtərdə məcburi köçkünün evinə mərmi düşüb, 5 ev tamamilə dağılıb

27-04-2016, 10:23

İcra başçısı: Tərtərdə məcburi köçkünün evinə mərmi düşüb, 5 ev tamamilə dağılıb Erməni silahlı birləşmələrinin ötən gecə Tərtər rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində bir neçə kəndə ziyan dəyib.
Bunu açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.
İcra başçısı bildirib ki, erməni silahlı birləşmələrinin atdığı mərmilərdən biri İsmayılbəyli kəndində 35/10 kilovatlıq elektrik yarımstansiyasında partlayıb: "Yarımstansiyanın tamamilə sıradan çıxması nəticəsində 11 kəndə elektrik enerjisinin verilməsi dayanıb. Hazırda yarımstansiyada təmir-bərpa işləri aparılır və artıq bir neçə kənd elektrik enerjisi ilə təmin olunub. Günün birinci yarısında digər kəndlərə də elektrik enerjisinin verilməsi bərpa olunacaq".
Hadisə nəticəsində bir neçə kənddə 8 mənzilə də ciddi ziyan dəydiyini deyən icra başçısı bildirib ki, onlardan 5 ev və bir mal tövləsi tamamilə dağılıb: "Yuxarı Qapanlı kəndində 1 ev, Əskipara kəndində 3 ev, Seyidimli kəndində isə Kəlbəcər rayonundan olan məcburi köçkün ailəsinin evi və mal tövləsi dağılıb".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi