azia.az
azia.az

İcra başçısı: Erməni təxribatı nəticəsində Tərtərdə ziyan çəkən 20 evdən 4-ü şəhər mərkəzindədir

26-04-2016, 10:57

 İcra başçısı: Erməni təxribatı nəticəsində Tərtərdə ziyan çəkən 20 evdən 4-ü şəhər mərkəzindədir Ötən gecə erməni silahlı birləşmələri Tərtər rayonunun təmas xəttindəki kəndləri ilə yanaşı, şəhərin mərkəzini də ağır artilleriyalardan atəşə tutub.
Bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, ermənilərin təxribatı nəticəsində rayonun 20 fərdi yaşayış evi zərər çəkib: "Həmin evlərdən 16-ı təmas xəttindəki kəndlərdə, 4-ü isə şəhər ərazisindədir. Evlərdən biri tam dağılıb".
M.Məmmədov deyib ki, hazırda rayon ərazisində tam sakitlikdir, düşməncavab atəşi ilə susdurulub və geri çəkiliblər: "Hazırda rayonda həyat öz axarı ilə davam edir, hamı öz gündəlik işindədir. Şəhərin əsas küçə və prospeklərində abadlıq işləri görülür".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi