Onlarsa susur.....
***
Gəlin, sizlərə uzaq keçmişdən söhbət açım. Deyilənlərə görə, uzaq keçmişlərdən bizlərə çox nadir tapıntılar, incilər qalıb. Belə tapıntılar keçmişlərin təsirində xarab olmasın deyə, onların haqqında danışılan çox nadir fikirlər bu günə qədər də yayılmaqda davam edir. Elə fikirlərdən birini də indi sizlərə nəql etmək istədiyim bu təmsildə göstərmək istərdim.
Belə ki, keçmişlərin birində sarayda bir xəzinədar yaşayırmış. Onun bir işçisi, xəzinənin açarları və qıfılı varmış. Xəzinədar elə düşünürmüş ki, onun gördüyü iş tamamilə normal gedir. Amma bütün bunlar bizim düşündüyümüz kimi deyilmiş. Xəzinədarın da çatmayan cəhətləri var imiş və bəzi məsələlər tədricən özünü göstərməkdə davam edirmiş.
Günün birində xəzinənin açarları itir. Aləm dəyir bir-birinə. Qapını idarə edən açara və qıfıla öz fikirlərini çaşmış halda çatdırmağa çalışır. İstəyir desin ki, indi qapını biz necə açacağıq, lazım olanda xəzinədən necə istifadə edəcəyik?
Otaq isə belə cavab verir:
— Mənim burada heç bir günahım yoxdur. Açar kimdə olubsa, günahkar da elə o adamdır.
Açar da belə cavab verir:
— Heç mənim də nöqsanım yoxdur. Mən kimin cibində olmuşamsa, günahkar elə həmin insandır.
Bunlar burada didişməkdə olsunlar, otaq isə onlara sual verir:
— Bəs xəzinədar açarı istəsə, nə deyəcəksiniz?
Bir az əvvəl söhbət edənlər düşünməyə başlayırlar. Doğrudan da, otaq düz deyir. Biz xəzinədara nə deyəcəyik?
Nəhayət, söhbət gedib xəzinədara çatır. Xəzinədar çıxış yolu axtaranların yanına gəlir:
— Hə, indi deyin görək, biz nə etməliyik?
Bunların hamısı çox düşünüb az fikir bildirsələr də, heç bir çıxış yolu tapa bilmirlər. Onların yadına düşmür ki, açarların təkrar üzləri xəzinədarın özündə var imiş.
Çox çək-çevir etdikdən sonra xəzinədar öz fikrini işçilərinə çatdırır. Onlarsa bu xəbəri bilən kimi çox sevinirlər.
Xəzinədar isə onlara belə deyir:
— Hər şey öz vaxtında gözəldir. Nəyinsə vaxtı çatanda, öz işini görə bilir. Mən zamanında bu açarlardan götürməsəydim, indi xəzinənin qapısını necə açacaqdıq?
Onlar susurlar.
Çünki hər bir iş zamanında görüləndə, öz işinə müvəffəq olur
Təranə Şəms