azia.az
azia.az

İki məktəb direktoru “ailə biznesi” qurubmuş! – Təhsil idarəsində ƏMƏLİYYAT

Dünən, 17:23

Mil-Muğan Regional Təhsil İdarəsi tabeliyində olan Sabirabad rayonu Ə.Şərbətov adına Çiçəkli kənd tam orta məktəbində monitorinq aparıb.

Azia.az  “Unikal”a istinadən xəbər verir ki, monitorinq zamanı məktəbin direktoru Bayram Qasımovun fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib. Bu səbəbdən direktorun işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalanıb.

Məlum olub ki, B.Qasımov və A.Quliyev ailə üzvlərini bir-birlərinin direktoru olduğu məktəblərdə işə qəbul ediblər. Lakin onlar öz kəndlərindəki məktəblərdə işləyiblər.

Onların işə götürdüyü ailə üzvləri də işdən çıxarılıb. Direktorların yerinə isə hələlik təyinat olmayıb. Onların vəzifələrini müvəqqəti olaraq müavinləri icra edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi