azia.az
azia.az

Nəsimi rayonundakı 143 saylı uşaq bağçasında nələr baş verir..? - Bağçada uşaqlar, müəllimələr, dayələr, xadimələr “kağız” üzərindədir...

29-05-2023, 10:22

Bağça bağlanmalı və müdir Fidan Tağıyeva vəzifəsindən azad olunmalıdır...

Haqqında bəhs edəcəyimiz mövzuya giriş olaraq  qeyd edək ki, hazırda ölkədə 1670 məktəbəqədər təhsil müəssisəsi, yəni körpələr evi, uşaq bağçası var. Bu qədər uşaq bağçasında yüz iyirmi minə yaxın uşaq təlim-tərbiyə prossesinə cəlb olunub. Bu rəqəm  ümumi uşaqların yalnız 25% faizini əhatə edir. 

Azərbaycanda yalnız Bakı şəhərində 320-ə qədər məktəbəqədər təhsil müəssisəsi, körpələr evi, uşaq bağçası var. Amma regionlarda bu da yoxdur.Hətta, elə bölgələr var ki, 3-4   körpələr evi, uşaq bağçası var, bu da ümumi uşaqların  heç  10 faizini  təşkil etmir. Nəzərə alsaq ki, bir yaş həddində  ölkəmizdə  120-130 min nəfər uşaq var. Deməli vəziyyət yaxşı deyil. 

Təəssüflər olsun ki, mövcud uşaq bağçalarına qəbul zamanı neqativ hallar var. Bağça rəhbərliyi qəbul zamanı valideynlərdən pul istəyir, digər tələbləri irəli sürür. Digər tərəfdən uşaq bağçalarında sıxlıq hədsiz dərəcədə çoxdur. Bir otaqda təlim-tərbiyə prosesi üçün 15-17 uşaq cəlb olunmalıdırsa, biz görürük ki, daha çox sayda uşaq var. 

Məlumat üçün onu da qeyd edək ki, Bakı şəhərində uşaq  bağçaları ilə bağlı problemlər var, amma ən çox problemlər paytaxtın Nəsimi rayonu ərazisindədir. Nəsimi rayonu uşaq bağçalarında sıxlığa görə, paytaxtda birinci yeri tutur. Ən neqativ hallarda bu rayonda baş verir. Məlumdur ki, rüşvət və korrusiya hallarını aradan qaldırmaq üçün uşaq bağçalarında elektron qəbul qaydalarına üstünlük  verilir. Amma Nəsimi rayonu ərazisindəki, Q.Quliyev küç. 8 ünvanda  yerləşən 143 saylı uşaq  bağçasının müdirəsi Fidan Əziz qızı Tağıyeva  bağçanı özəl şirkəti kimi işlədir. Bu xanıma başa salan yoxdur ki, ölkədə elektron qəbula üstünlük verilib, sən isə özündən yeni qaydalar icad edirsən. 

Bəli, 143 saylı uşaq bağçasında  rüşvət əsas hesab olunur. Bu hələ harasıdır..? Uşaq bağçası  kağız üzərində mövcuddur. Bütün personal, müəllimələr, dayələr, xadimələr, mühafizə-zad hamısı kağız üzərindədir. Hətta uşaq bağçasında adı keçən uşaqlar da başğaçaya gəlmir. Amma  dövlətin ayırdığı əmək haqqını bağçanının müdirəsi Fidan Tağyeva mənimsəyir. Dövlətin vəsaiti hesabına uşaqlara verilən ərzaq və qida məhsullarının hara getdiyini Fidan Tağıyevadan  başqa heç kim bilmir. 

Bütün bunlar azmış kimi, Fidan Tağıyeva  bütün qohum-əqrəbasını bağçaya doldurub. Hamısı da kağız üzərində dövlətdən maaş alırlar. Demək olar ki, 143 saylı uşaq bağçasının ancaq adı var, bir də müdirəsi  Fidan  Tağıyeva. Bütün bunlara görə, hesab edirik ki, Elm və Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi 143  saylı uşaq bağçası ilə bağlı  ciddi tədbir görməlidirlər. Hətta bağçada uşaqlar olmadığı üçün bu bağça bağlanmalıdır. 

Yazıda qeyd etdiyimiz  problemlərlə bağlı qarşı tərəfin fikrini öyrənmək üçün 143  saylı uşaq bağçasının 440-99-23  saylı şəhər telefonuna dəfələrlə zəng etsək də cavab verən olmadı. 

Qarşı tərəfin fikrini dərc etməyə hazırıq.

P.S. Deyirlər bağça bağlanıb, amma deyəsən bu söz olaraq deyilir.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi