azia.az
azia.az

Samux təhsilində acınacaqlı mənzərə... - NAZİRİN NƏZƏRİNƏ...

27-04-2022, 20:59

Samux təhsilində acınacaqlı mənzərə... - NAZİRİN NƏZƏRİNƏ...
Samux rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənovanın özbaşınalığı haqqında sosial şəbəkələrdə müxtəlif yazılar dərc olunur. Buna baxmayaraq Təhsil Şöbəsinin müdiri yenə öz çirkin əməllərindən əl çəkmir. Üstəlik, o, prezident İlham Əliyevin tapşırığını da kobud şəkildə pozur.

Qeyd edək ki, prezident tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "MARAFON" işaxtarma vasitəsi ilə Qarabağ qaziləri, Şəhid ailələrinin işlə təmin olunması haqda göstəriş verilib. Lakin Nurlana Həsənova ölkə başçısının tapşırığını kobud şəkildə pozaraq, digər şəxsləri “Marafon” vasitəsilə deyil, dolayı yolla Təhsil şöbəsinə tabe olan məktəblərdə işlə təmin edir. Bu da qanun pozuntusudur. Çünki Qarabağ qaziləri, Şəhid ailələrinin üzvlərinin ilk öncə işlə təmin olunması haqqında prezidentin göstərişi vardır. Amma bu göstəriş Samux rayonunda icra olunmur.

Digər məlumata əsasən, Gəncə Şəhər 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Samux rayonu üzrə baş mühasibi və Samux Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova, Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin Samux rayon bölməsinin rəhbəri ilə birlikdə, Samux İdarəsinə məxsusu olan məktəblərdə əsassız yerə müəllimlərdən pul tuturlar.

Adı çəkilən şəxslərin əlbir olaraq, Samux rayon Təhsil İdarəsinə məxsus məktəblərdən, məzuniyyət vaxtı müəllimlərin maaşından 2 % faiz, digər vaxtlarda isə hər ay 1 % faiz pul tutlmaları haqqında əsaslı faktlarımız mövcuddur.

Yazıda adı çəkilən şəxslərin məktəblərdən müəllimlərin ərizəsi olmadan, rəsmləşmədən, onların əmək haqqından məzuniyyət vaxtı pul tutmasının əsası odur ki, məzuniyyət vaxtı pulun məbləği yüksək olduğundan, müəllimlərim narazılığına səbəb olmasın və belə pulların mənimsənilməsinə asanlıqla nail olsunlar. Bu, hal hal-hazırda da davam edir. Bu isə korrupsiya deyilsə bəs nədir?

Qanunsuz pul tutulmaları artıq bir neçə ildir davam edir, aidiyyəti orqanlar araşdırma aparsa, o zaman cinayət yolu ilə əldə edilmiş pul külli miqdarda vəsaitlərinin mənimsəməsi faktı təsdiqini tapar.

Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası, Baş Prokurorluq araşdırma aparsa, yazılanlar öz təsdiqini tapar.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi