azia.az
azia.az

Xaçmaz müəllimlərindən “şəhid pulu” yığılır - Korrupsiya faktı

3-10-2016, 12:15

Xaçmaz müəllimlərindən “şəhid pulu” yığılır - Korrupsiya faktı
Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova məmurlarla əlbir olaraq ağılasığmaz özbaşınalığa imza atıb

TŞ müdiri müəllimləri maaşından hər ay 1 faiz tutmağa məcbur edir.

Onun təlimatı əsasında bir ərizə hazırlanıb və müəllimlərə paylanıb. 2 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin rəisi Şahin İsrafilova ünvanlanan həmin ərizədə hər müəllim xahiş edir ki, maaşından 1 faiz tutulsun.

Bu məbləğin şəhid ailələrinə, əlil və kimsəsizlərə çatacağı ərizədə qeyd olunur. Müəllim ərizədə xahiş etməlidir ki, Ş.İsrafilov maaşdan hər ay faiz tutulub Xaçmaz rayon İcra Hakimiyyətinin Büdcədənkənar Fonduna köçürülməsinə göstəriş versin.

Artıq Xaçmaz məktəblərində ərizələrin kütləvi şəkildə paylanmasına başlanıb. Müəllimlər məcburi qaydada bu ərizələri yazmağa təhrik olunur. Bu da rayonda ciddi şəkildə narazılıq yaradıb.

Müəllimlərin sözlərinə görə, rayon təhsil şöbəsi ilə RİH-nin birgə həyata keçirdiyi bu qanunsuzluq cinayət əməlidir.

Müəllimlər hesab edirlər ki, bundan əlavə bu təşəbbüs Ali Baş Komandana, Müdafiə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı təhqir, şantajdır.

Çünki Azərbayccanda şəhid ailələrinə, kimsəsizlərə, müharibə əlillərinə dövlət qayğısı var və prezident bu məsələyə xüsusi həssaslıq nümayiş etdirir.

Belə olan halda Xaçmazda məmurların müəllimlərdən pulyığma kampaniyasına başlaması həm dövləti aşağılamaqdır, həm də özbaşınalıqdır.

Teref.info yazır k, politika.az-a müraciət edən bir qrup müəllim Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev, Mərkəz rəisi Şahin İsrafilov və təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova ilə bağlı ölçü götürülməsini xahiş edirlər.

Onların bildiridiyinə görə, işini itirmək təhlükəsi olduğu üçün açıq şəkildə şikayətə gedə bilmirlər. Ona görə medianın bu məsələdə yardımçı olmağını gözləyirlər.

Müəllimlər ona da inanmırlar ki yığılan vəsait həmin ailələrə çatacaq. Onlarbu pulların mənimsəniləcəyin şübhə edirlər:

"Bizim şəhid ailəsinə canımız da qurbandır. Onlara həmişə dəstək olmaq lazımdır. Ancaq bizdən qabaq dövlət və qanun var. Bu işi də hökumət bilir. Yerli məmurlar isə özbaşına qərar qəbul ediblər”.

Ümumiyyətlə, icra başçısı Şəmsəddin Xanbabayevin adamı kimi tanınan xanım məmurun fəaliyyətində ciddi nöqsanlar mövcuddur.
Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri təyin olunan Mədinə Nurməmmədova məktəblərdə xoşagəlməz ab-havanın yaranmasına səbəb olub. Müəllimlər dərs keçmək istəmir.

azia.az yazır ki, politika.az-ın aldığı məlumata əsasən, xanım məmur rayonun təhsil sisteminin inkişafı məsələsini bir kənara qoyaraq daha çox biznes fəaliyyəti ilə məşğul olur.

Mətbuatda yayılan xəbərlərə görə, Mədinə xanım RTŞ müdiri təyin olunandan sonra 92 saylı Xaçmaz rayon peşə liseyinə həyat yoldaşı Abbas Nurməmmədovu rəhbər gətirib. O da öz növbəsində Mədinə xanımın göstərişləri əsasında həmin liseyin həyətyanı sahəsini satıb.

Lisey sanki bu ailənin özəl mülkünə çevrilib. Təhsil ocağının yataqxanası fərdi qaydada vətəndaşlara mənzil kimi yaşamağa verilir. Liseyin yeməkxanası şadlıq sarayı kimi fəaliyyət göstərir.

Şöbə müdiri vəzifəsindən istifadə edərək qanunsuz işlərlə məşğul olur. O rayonun mərkəzində yerləşən 3 saylı tam orta məktəbin giriş hissəsindəki parkı qanunsuz olaraq oğlunun adına keçirib.

M.Nurməmmədova bütün yaxın qohumlarını yaxşı işlərə düzəldib. Onun qızı 1 saylı tam orta məktəbdə psixoloq kimi adı gedir. Şöbə müdirinin əsas qazanc mənbələrindən biri də məktəbli formalarının satışı ilə bağlıdır.

Məktəbli formasının satışını həyata keçirən "Tom” mağazasının Nurməmmədovaya məxsus olduğu iddia edilir.

Yazıda adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi