azia.az
azia.az

1925 şagird buraxılış imtahanına gəlməyib

19-06-2016, 06:59

1925 şagird buraxılış imtahanına gəlməyib Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da orta ümumtəhsil müəssisələrinin X və XI sinif şagirdləri üçün ilk buraxılış imtahanlarının nəticələrini elan edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanın nəticələri TQDK-nın internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənmək olar. İmtahanlar Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.

X sinif üzrə buraxılış imtahanında iştirakı nəzərdə tutulan 25533 şagirddən 956 nəfəri imtahana gəlməyib. Bir nəfər imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv olunub. İştirakçılardan 11 nəfər maksimum nəticə göstərərək 60 bal toplayıb.

XI sinif üzrə buraxılış imtahanında iştirakı nəzərdə tutulan 20299 şagirddən 969 nəfəri imtahana gəlməyib, 9 nəfər imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv olunub. İştirakçılardan 17 nəfər maksimum nəticə göstərərək 90 bal toplayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi