azia.az
azia.az

Buraxılış sinif şagirdlərinin sayı açıqlandı

9-06-2016, 05:23

Buraxılış sinif şagirdlərinin sayı açıqlandı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015/2016-cı tədris ilinin buraxılış sinif şagirdləri haqda məlumat açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2015/2016-cı tədris ili üzrə ümumtəhsil məktəblərinin 197063 nəfər buraxılış sinif şagirdindən 196391 nəfəri haqqında məlumatlar şəxsiyyəti təsdiq edən sənəd əsasında “Şagird-məzun” elektron məlumat sisteminə daxil edilib.

Naxçıvan MR, Ağcabədi, Agdam, Ağstafa, Bərdə, Daşkəsən, Göyçay, Naftalan, Qax, Saatlı, Tovuz, Ucar, Xızı, Xocalı rayon və şəhərlərində buraxılış sinif şagirdləri haqqında məlumatların sistemə daxil edilməsi tam yerinə yetirilib.

Bildirək ki, hazırda IX sinif üzrə 540 nəfərin, XI sinif üzrə isə 132 nəfərin məlumatları şəxsiyyəti təsdiq edən sənədi olmadığından sistemə daxil edilməyib. Bu siyahıda ölkə üzrə ən aşağı göstəricilər Bakı şəhərinin Sabunçu (60 nəfər) , Suraxanı (76 nəfər) və Xəzər rayonlarına (58 nəfər) aiddir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məlumatları sistemə hələ də daxil edilməmiş buraxılış sinif şagirdlərinin valideynlərinə bir daha müraciət edir və onlardan xahiş edir ki, övladlarının buraxılış imtahanlarında iştirak edə bilmələri üçün onları şəxsiyyəti təsdiq edən sənədlə təmin etsinlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi