azia.az
azia.az

Bu məktəblərin şagirdləri buraxılış imtahanlarından azad edilib

19-06-2016, 06:51

Bu məktəblərin şagirdləri buraxılış imtahanlarından azad edilib Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2016-cı ilin aprel ayı ərzində baş verən hadisələrlə əlaqədar Ağdam, Goranboy və Tərtər rayonlarının cəbhə xəttinə yaxın yerləşən bəzi məktəblərində tədris prosesi pozulub. Yaranmış vəziyyət nəzərə alınaraq Təhsil Nazirliyinin təklifi və Nazirlər Kabinetinin razılığı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Ağdam rayonu üzrə 23, Tərtər rayonu üzrə 21, Goranboy rayonu üzrə 5 məktəbin IX və XI siniflərində təhsil alan ümumilikdə 1652 şagirdi buraxılış imtahanlarından azad edilib.

Bu məzunların ümumi və tam orta təhsil haqqında sənədinə yazılacaq yekun qiymətləri buraxılışdan əvvəlki və buraxılış ili üzrə illik qiymətləri əsasında müəyyənləşəcək. Ali təhsil müəssisələrinin V ixtisas qrupu və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən məzunlar isə buraxılış imtahanında mütləq iştirak etməlidirlər.

2015/2016-cı tədris ilində 1153 şagird isə sağlamlıq imkanları məhdud olduğu üçün rayon (şəhər) təhsil şöbələri nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə buraxılış imtahanlarından azad olunub. Bu məzunların da ümumi və tam orta təhsil haqqında sənədinə yazılacaq yekun qiymətləri buraxılışdan əvvəlki və buraxılış ili üzrə illik qiymətləri əsasında müəyyənləşəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi