Məktəblər açıqlamayacaq, amma…-İctimai Şura
Azərbaycanda yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb.
Bu proses dünya ölkələrinin əksəriyyətini əhatə etdiyindən, UNESKO təhsildə yaranan fasilələri məhdudlaşdırmaq üçün distant təhsil proqramlarından istifadəni tövsiyə edib. Azərbaycan Respublikası Təhsil Nazirliyi bu gözlənilməz hadisəyə reaksiya verərək, qısa müddətdə teledərs, virtual məktəb layihələrini həyata keçirməklə pandemiya dövrünün dərslərini onlayn şəkildə təşkil edib.
Qarşıdan sentyabr ayı, yəni yeni tədris ili gəlir. Məktəblərin hansı qaydalarla açılacağı hər kəsi düşündürür.
Bununla bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov danışıb. O, məktəblərlə bağlı hansı qərarın olacağ barədə danışmağın tez olduğunu deyib: