azia.az
azia.az

İran Paşinyanı hədələdi: “Ayağını sındırarıq!”

Bu gün, 23:45

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistanın “Tramp marşrutu” (TRIPP) layihəsini dəstəkləməsini sərt tənqid edib və Tehranın bu məsələ ilə bağlı mövqeyinin dəyişməz olduğunu bildirib.

Xəbər verilir ki, bu barədə Vilayəti “Baş nazirə açıq və səmimi müraciət” adlı məqaləsində yazıb.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətini tənqid edərək bildirib ki, “Tramp marşrutu”nun qəbul edilməsi Ermənistan xalqı üçün utancverici addımdır.

Vilayəti xatırladıb ki, İran Zəngəzur dəhlizinin yaradılmasına qarşıdır və bu mövqe ölkənin ali rəhbərliyinin müəyyən etdiyi “qırmızı xətt”dir.

O, Ermənistanın Tehrandakı səfirinə də xəbərdarlıq etdiyini bildirib:

"Son sözümü Ermənistanın səfirinə açıq şəkildə dedim: Əgər Tramp və onun müttəfiqləri İranın bu "qırmızı xətti"ni keçmək istəsələr, onların ayaqlarını sındıracağıq”.

Vilayəti qeyd edib ki, İran Rusiya ilə və ya Rusiyasız Cənubi Qafqazın təhlükəsizliyini qorumağı öz məsuliyyəti hesab edir.

Onun sözlərinə görə, Paşinyanın son addımları Ermənistanın Azərbaycan, İran və Türkiyə ilə münasibətlərini qeyri-sabit və proqnozlaşdırılmaz vəziyyətə salır.

Qeyd edək ki, Ermənistan parlamenti ötən həftənin sonunda “Tramp marşrutu” layihəsinin tikintisi ilə bağlı təklifi təsdiqləyib.
Vilayəti bu qərarı Paşinyan hökumətinin nəticəsiz və Ermənistanın maraqlarına zidd addımı kimi qiymətləndirib. Deyib ki, bu, Qərbin, xüsusilə Fransa, ABŞ və Böyük Britaniyanın siyasətindən asılılığın daha da gücləndirilməsidir.

Ə.Qafarlı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi