azia.az
azia.az

Tanınmışın gəlini evdən qaçdı - VİDEO

2-05-2024, 23:40

Qazaxın Yuxarı Salahlı kəndində 20 yaşlı qadın itkin düşüb.

Məlumata görə 16 gündür axtarışda olan şəxs tanınmış aşıq Şaiq İncəlinin oğlu Kənan İsayevin həyat yoldaşıdır.

“Qafqazinfo” xəbər verir ki, aprelin 16-da rayonun Yuxarı Salahlı kənd sakini F.Süleymanov polisə müraciət edərək qızının itkin düşdüyünü bildirib.

O qeyd edib ki, qızı, 10 may 2004-cü il təvəllüdlü Mehriban İsayeva aprelin 16-da evi tərk edib.

O, naməlum istiqamətdə gedərək itkin düşüb.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma və axtarış işləri həyata keçirilir.

Daha ətraflı süjetdə:



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi