azia.az
azia.az

“Fevralın 21-i “maskam” gəlir. Həyat yoldaşım, bağışla”-TANINMIŞIN BU SÖZLƏRİ...

10-02-2024, 10:39

Məşhur aparıcı Tural Əsədov ukraynalı müğənni Vera Brejnevaya heyran olduğunu etiraf edib.

AZia.az publika.az-a istinadən xəbər verir ki, aparıcı Vera Brejneva ilə arxiv fotosunu paylaşaraq, onun fevralın 21-də Bakıda konsert proqramı ilə çıxış edəcəyini bildirib. 

“Fevralın 21-i “maskam” gəlir. Həyat yoldaşım, bağışla”, – aparıcı qeyd edib.

Məlumat üçün bildirək ki, bu, Rusiya və Ukrayna arasında münaqişə yaranandan sonra Veranın Bakıda verdiyi ilk konserti olacaq. Ulduz Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Biletlərin qiymətləri 40-200 manat arasında dəyişir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna müharibəsi ulduzun ailəsinin dağılmasına da təsir edib. 41 yaşlı müğənnni ilə 60 yaşlı məşhur bəstəkar Konstantin Meladzenin keçən ilin payızında rəsmən boşandığı məlum olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi