azia.az
azia.az

“Atam məni 15 yaşımda buna məcbur etdi” - Qandonduran hadisə(VİDEO)

31-10-2023, 12:47

"Mən 6-cı sinfə qədər təhsil ala bildim. 15 yaşında isə ailə qurmuşam. Atamın qohumu idi deyə, ona görə də o, bu evliliyə razılıq verdi. Bir sözlə atamın təqidi ilə ailə həyatı qurdum. 7 il ailəli oldum. Gözümü açıb, yumdum ilk övladım dünyaya gəldi. 17 yaşda ana oldum. Onun arxasıyca daha bir övladım oldu. Əslində demək olar ki, həyatımı onlara sərf etdim". 

Azia.az bizim.media-ya istinadən bildriir ki, bu barədə müğənni Nəfəs qonaq olduğu "Xəzər axşamı" verilişində danışıb.

15 yaşında ailə qurduğunu söyləyən sənətçi evlilik həyatından söz açıb:

"Atam həyatda olsaydı, bunları mənə etdiyinə görə, yəgin ki, onunla söhbət edərdim. Nikahım da olmadı. Artıq toyum olandan sonra qərar güvvəyə mindi (erkən evliliyi nəzərdə tutur - red.). Onda da artıq keçmiş həyat yoldaşım hərbi xidmətə getmişdi. Yəni ailə qurduğumdan iki ay sonra keçmiş həyat yoldaşım hərbi xidmətə yollandı.

Universiteti bitirmişdi deyə, hərbi xidmətdən möhləti vardı. Hərbi xidmətə gec getdi. Qayınana və qayınata yanında bir il oturub, onu gözlədim. O gələndə artıq bizim birinci övladımız dünyaya gəlmişdi. İmkanımız o zamanlar yaxşı deyildi. Ona görə də valideynlərim məktəbin üzərinə çox düşmədi. Çünki təhsil ala bilmirdim. Bilmirəm, bütün bunlar necə oldu...

Bu mövzu həssas nöqtəmdir. Hər zaman bu barədə danışanda çox pis oluram. Erkən ailə qurmaqla həyatım məhv oldu. Sadəcə şükür edirəm ki, o evlilikdən iki gözəl övladım var. Onlarla bərabər özüm də böyüyüb bir-birimizə dəstəyik.
Həyat yoldaşımdan onun valideynlərinə görə ayrıldım. 15 yaşımda heç mənim sevməyə belə zamanım yox idi. Çünki çox tez bir zamanda bu məsələlər baş verdi. Bir ay müddətində elçilik, xına mərasimi, toy... Hər bir şey oldu. 6-cı sinifdən bəri artıq məktəbə getmədim". 

Milli.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi