azia.az
azia.az

AysunUN hamam görüntüləri görənləri ŞOKA SALDI – VİDEO

29-08-2023, 09:02

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun paylaşımı ilə diqqət çəkib.

Xəbər verilir ki, 0, duş qəbul edərkən çəkilən görüntülərini sosial şəbəkə hesabında paylaşıb. 

Özünü bloqerlikdə də sınamaq qərarına gələn ifaçı pərəstişkarları üçün özünəqulluqla bağlı video çəkib. Duş qəbul etdikdə mütəmadi olaraq həyata keçirdiyi ardıcıllığı izləyiciləri ilə bölüşən Aysun tənqidi rəylərdən özünü öncədən sığortalayıb:

"Videonu başqa yerlərə yozub pis rəy yazmaq üçün özünüzü yormayın. Hazırda bütün dünya məşhurları bu tərz videolarla öz baxım rutinini paylaşır".

Müğənninin bu addımı isə birmənalı qarşılanmayıb, sosial şəbəkə istifadəçiləri həmin görüntülərə görə onu tənqid atəşinə tutublar.

Milli.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi