azia.az
azia.az

Məşhur aktrisa bu səbəbdən HƏBS OLUNDU … + FOTOLAR

10-03-2023, 14:03

Türkiyənin məşhur aktrisası Ayşegül Çınar və sevgilisi Furkan Çalıkoğlu həbs edilib.

Savash.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Ayşegül Çınar sevgilisi Furkan Çalıkoğlu ilə Beyoğluda yerləşən restoranlardan birində mübahisə edib.


Məmurları və ətrafdakıları təhqir edən Çalıkoğlu bıçaqla əvvəlcə işləyənlərə, daha sonra onu zərərsizləşdirməyə çalışan polislərə hücum edib. Aktrisa da polisləri təhqir edib. Aparılan istintaqın sonunda hazırlanan iddianamədə Ayşegül Çınar “məsuliyyətli məmuru təhqir etmə”, “məmurun vəzifəsini yerinə yetirməsinə qarşı müqavimət göstərmə”, Furkan Çalıkoğlu isə “məmuru təhqir etmə”, “silahla hədələmə”, “mülkə zərər vurma”, “məmurun vəzifəsini yerinə yetirməsinə qarşı müqavimət göstərmə” maddələri ilə ittiham olunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən Ayşegül Çınar 6 ay 22 gün həbs və 10 min 600 lirə pul cəzalarına, təqsirləndirilən Furkan Çalıkoğlu isə 8 il 7 ay müddətinə həbs cəzasına məhkum edilib.


Qeyd edək ki, A.Çinar “Yasak Elma” serialında “Lila” obrazını canlandırıb.

Çağatay


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi