azia.az
azia.az

Sevda Yahyayeva ana oldu - FOTO

20-12-2022, 10:52


Müğənni Sevda Yahyayeva ana olub.

Azia.az  xəbər verir ki, ötən gecə sənətçinin qızı dünyaya gəlib. Bu barədə Sevda özü məlumat verib. O övladı ilə yeni fotosunu izləyiciləri ilə paylaşıb.


Sevda paylaşımına "Ana olmaq çox gözəl hissdir. Ayla 3 kiloqram çəkidə, 52 santimetr boyunda dünyamıza gəldi. Dünyamızı gözəlləşdirdi. İnşallah, həmişə başımızın tacı olar" sözlərini də əlavə edib. 

Xatırladaq ki, müğənni həkim-genetik Zakir Bayramovla evlidir. Cütlük ötən il ailə həyatı qurub. 




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi