azia.az
azia.az

"12 ildir anası nəvəmi atıb gedib" - Əli Mirəliyevin xanımı

9-12-2022, 09:28

Müğənni Əli Mirəliyevin həyat yoldaşı "Elgizlə izlə" proqramına qatılıb.

 

Anaxanım Mirəliyeva oğlunun övladı haqda danışıb. O bildirib ki, uşağı 7 yaşı olanda anası atıb gedib:

 

"İndi nəvəmin 19 yaşı var. 17 yaşı olanda onu ölkədən çıxartdım, Ankaraya universitetə apardım. Anası onun ölkədən çıxarılmasına icazə verməli idi, verdi də. Sənədləri düzəldəndə o biri nənəsinin yanında qeydiyatda idi. Sənəd alanda bəlli oldu ki, oradan qeydiyatdan çıxarılıb.

 

Məndən anası ilə görüşmək üçün icazə istədi və razılaşdım. O zamanlar isə vəziyyətim yaxşı deyildi, xəstələnmişdim. Nəvəmin anası məni küçədə gördü və söylədi ki,  sən uşağımı əlimdən almısan. Buna görə də, Allah sənə dərd verib. Cavab verdim ki, əgər belədirsə, o uşağa baxmaq üçün Allah mənə dərman da verəcək. Uşaq yayda tətilə gəldi və dedi ki, babam da, nənəm də rəhmətə gedib. Ona dedim ki, get ananla görüş. Amma bunlar haqda mənim oğlumun xəbəri olmayıb. Bu haqda ona heç nə deməmişəm. Bilsə, çox böyük stress keçirər. Elə olub ki, oğlum xəstə-xəstə nəvəmi çimizdirirdi, dırnaqlarını tutub və ona baxıb. Amma anası ona yaxın durmadı. Nəvəm isə bundan psixoloji travma aldı. Nəvəm ikinci kursda oxuyur. Çox tərbiyəli uşaqdır. Biz ondan çox razıyıq".

 

A.Mirəliyeva övladlarından danışaraq "Bizim çox tərbiyəli övladlarımız var. Qızımız İncəsənət Gimnaziyasında 20 ildir işləyir. O həmçinin konservatoriyada da dərs deyir. Oğlum İdman Universitetinin məzunudur. Biznesi olub. Müəyyən səbəblərə görə biznesinə son qoydu. Amma buna baxmayaraq onun indi də qazancı var. Bizə baxır. Qızımızın qızını nişanlamışıq. Allah mənə ömür versin qız nəvəmin toyunu görüm" sözlərini əıavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi