azia.az
azia.az

"Atama heç vaxt halallıq verməyəcəyəm" - MÜĞƏNNİDƏN SOK AÇIQLAMA-VİDEO

2-11-2022, 08:57

Müğənni Günel Ələkbərova şəxsi həyatı barədə danışıb.

Xəbər verilir ki, sənətçi "Ümid ilə gəl" verilişində atasıyla münasibətdən bəhs edib. O, valideyninə halallıq vermədiyini bildirib:

"Atam ölüm ayağında olanda məni çağırdılar ki, gəl halallıq ver. Getmədim, heç vaxt da halallıq verməyəcəyəm. Axirətdə də inşallah Allah məni onunla qarşı-qarşıya qoyar, mən də hesabatımı istəyərəm. Çünki, mənim öz atam yanımda olsaydı, həyatın bəzi üzlərini görməzdim. Ögey ata əlində böyüməzdim. Anam ailə həyatı qurub, 2 yaşım olanda onlar ayrılıblar. Özü də elə-belə adam da deyil, tanınmış adamdır. Çoxları da tanıyır. Çətin vaxtlarımda, qapıma elçi gələndə yanımda olmayıbsa... Siz mənim yerimdə olsaydınız, verərdiniz? Heç vaxt da vermərəm".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi