Azərbaycanlı müğənni 160 minlik lüks saatını nümayiş etdirdi -VİDEO - FOTO
Rusiya şou-biznesində məşhurlaşan azərbaycanlı müğənni Navai Bəkirov aldığı lüks və bahalı saatı ilə gündəmə gəlib.
Xəbər verilir ki, sənətçi sosial şəbəkə hesabında əldə etdiyi saatın görüntülərini paylaşıb.
Dəbdəbəli "Patek Philippe" brendinin "Nautilus" kolleksiyasında yer alan qızıl və brilliant işləməli saatın qiyməti 94.140 min avrodur (təxminən 159,934 manatdır).
Daha sonra liftdə selfisini çəkib, yayımlayan Bəkirov "Sizin əlinizdən qulaqlarım qırmızıdır (onun haqda danışdığını bildirir - red.) şərhini yazıb.
Qeyd edək ki, N.Bəkirov tez-tez sosial şəbəkə hesabında lüks və dəbdəbəli həyatını nümayiş etdirir.