Rəqqasə: “…Pozğunam, ayıb olsun“
Rəqqasə Renka (Rəna Ağamuradova) sosial şəbəkədə onu tənqid edənləri qınayıb.
Xəbər verilir ki, Renka “Instagram”da əlində gül ilə paylaşdığı fotosuna mənfi rəy yazan xanımlara bu cür təpki verib:
“Mən sənətçiyəm, eyni zamanda, xanımam. Kimsə mənə qayğı göstərirsə, o demək deyil ki, pozğunam. Mənə hələ də çatmır, bu, nə fikirlərdir? Gülü sevib alıramsa, sizə hədiyyə edən yoxdursa, bu, mənim günahım deyil.
“Mən əxlaqlıyam, ona görə mənə gül vermirlər. Sən əxlaqsızsan, sənə bağışlayırlar” düşüncənizə sözüm yoxdur. Sadəcə deyə bilərəm ki, sizə ayıb olsun”.