azia.az
azia.az

Damlanın saxta şərhlərini ifşa etdi - Video+Foto

2-09-2022, 12:43

Damlanın saxta şərhlərini ifşa etdi - Video+Foto
Müğənni Damlanın bir neçə gün əvvəl işıq üzü görən "Asılqan" mahnısı yutubda qısa vaxtda 433 min baxış toplayıb və paylaşıma 5200-dən çox şərh yazılıb.

Axşam.az xəbər verir ki, baxış sayının və şərhlərin saxta olduğu ortaya çıxıb. Belə ki, repçi QaraBasma paylaşım edərək, şərhlərin "bot" olduğunu bildirib.


O, şərhlərin hamısını göstərərək "Dama-dama göl olar. "Bot-bot"da, "fake" trend. Saxta trendiniz mübarək. Deyirəm axı, son zamanlar niyə layihələrim trendə girmir, amma gəl ki, konsertlərdə oxuyanda rahatlıqla sevilir" sözlərini yazıb.


Sosial şəbəkədə müzakirələrə səbəb olan bu paylaşımdan sonra Damla məsələyə reaksiya verib. O, bundan xəbərsiz olduğunu, onu sevməyənlərin bunu etdiyini göstərməyə çalışıb.

"Yeni mahnımıza yutub kanalında vurulan bot"lar. Şərhlər gözünüzə girsin. Bu yola da əl atdınız. Barı bu qədər ucuz olmayın".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi